Məşhur YAP-çı xanım HƏBS EDİLDİ

20:02 05-11-2021 468

Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva barəsində olan dələduzluq faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, o, məhkəmənin qərarı ilə həbs edilib.

Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri, Yeni Azərbaycan Partiyası Gənclər təşkilatının sədr müavini Aytac Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmək məqsədilə iki vətəndaşa qarşı dələduzluq edilib.

MillətinSəsi.info 
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlar vətəndaşların birindən 200 000, digərindən isə 189 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Eyni zamanda A.Əliyeva Binəqədi rayon bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanan cinayət işi üzrə A.Əliyeva Cinayət Məcələssinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (saxta sənəd hazırlama və satma), onun bacısı İ.Əliyeva isə 178.2-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək hər ikisi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, A.Əliyeva Yeni Azərbaycan Partiyası (YAP) Gənclər təşkilatının sədr müavini və YAP Binəqədi rayon təşkilatının Qadınlar Şurasının sədri olub. 

O, Xaləddin İsgəndərovun icra başçısı olduğu dövrdə bələdiyyə sədri vəzifəsində çalışıb.