Şəhid Səxavət Məmmədovun anası: “Yağış yağanda evimiz neçə yerdən damır” - VİDEO

20:10 05-11-2021 378

“Yoldaşımla uzun müddət əvvəl ayrılmışıq. Uşaqlarımı tək, çalışaraq, əziyyətlə böyütmüşəm. Qaldığımız evdə içməli su da yoxdur”.

Bu sözləri şəhid Səxavət Məmmədovun anası Süleymanova Hicran “qafqazinfo.az”a verdiyi müsahibədə deyib. O bildirib ki, 1997-ci ildən bəri həmin evdə yaşayırlar:

“Evin ön hissəsini Səxavətin toyu olan vaxt özüm tikmişəm. Əsas çətinliyimiz qazla bağlıdır. Yağış yağanda isə evimiz neçə yerdən damır. Bir neçə dəfə də təmir etdirmişəm, yenə də divarın başından aşağı yağış suyu süzülür. Bir ana kimi çox xahiş edirəm ki, mənim oğlumun övladları mənzillə təmin olunsun”.

Qeyd edək ki, Səxavət Məmmədov 1991-ci ildə anadan olub. O, Azərbaycan Ordusunda MAXE kimi xidmət edib, tankçı olub. Ötən ilin sentyabrın 29-da Səxavətin atıcısı olduğu tank düşmən tərəfindən iki dəfə vurulub, özünü texnikadan çölə atmağı bacarsa da, bu dəfə minaatan mərmisinin düşməsi nəticəsində şəhid olub.