UEFA-nın saytı İlham Əliyevin Şamaxı şəhər stadionunun açılışında iştirakından yazıb

20:36 05-11-2021 423

UEFA-nın rəsmi saytında yenicə istifadəyə verilən Şamaxı şəhər stadionu ilə bağlı yazı dərc edilib.

 Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı etdiyi vurğulanıb.

Bildirilib ki, arenanın inşası üçün maliyyə vəsaitinin böyük hissəsi UEFA-nın "HatTrick" proqramı çərçivəsində təmin olunub. Həmçinin Tovuzdakı Futbol Akaemiyasının yenidən qurulması üçün də maliyyə dəstəyi göstərildiyi qeyd olunub. Hər iki layihənin AFFA-ya kütləviliyin artırılması və sosial inklüzivliyi təşviq etmək üçün əlavə imkanlar yaradacağı vurğulanıb.

Məqalədə AFFA-nın 2021-2025-ci illər üçün inkişaf strategiyasını 5 əsas sahəyə (kütləvilik, uşaq futbolu, qadın futbolu, infrastruktur və klub futbolunun inkişafı) yönəltdiyi bildirilib: "Bundan əlavə, AFFA interaktiv futbol xəritəsini, klubların lisenziyalaşdırma platformalarını və onlayn futbol təhsili proqramlarını özündə birləşdirən rəqəmsal ekosistemin yaradılması istiqamətində iddialı planları ilə bir çox proseslərin rəqəmsallaşdırılması üzərində işləyir. COVID-19 pandemiyası zamanı milli assosiasiya çətin dövrdə klublarını diqqətlə idarə etdi və matçlar zamanı yerinə yetirilməli olan tibbi və təşkilati tələbləri təfərrüatlandıran, habelə maliyyə dəstəyi göstərən protokolu (UEFA-nın Oyuna Qayıdış Protokoluna uyğun olaraq) işə saldı".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də Şamaxı şəhər stadionunun açılışında iştirak ediblər. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.