Hacıbala Abutalıbovun səhhətində problem yarandı: Almaniyaya aparıldı

22:26 08-11-2021 459

Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbovun səhhətində problem yaranıb.

Qaynarinfo.az-ın məlumatına görə, H.Abutalıbov səhhətində yaranan problemə görə, Almaniyaya aparılıb. 

Məsələ ilə bağlı Hacıbala Abutalıbovla əlaqə saxlanılıb və o, Almaniyada müalicə olunmaq üçün ölkəni tərk etdiyini təsdiqləyib: “Səhhətimlə bağlı Almaniyada müayinələrə gəlmişəm. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Yaxın günlərdə Bakıya qayıdacağam”. 

 

Qeyd edək ki, Abutalıbov Hacıbala İbrahim oğlu 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsini bitirib.

Elmlər Akademiyasının müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, professordur. 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir. H.Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişmişdir. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir.

1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub.

2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.

2001-ci ilin yanvar ayından Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür, ailəlidir, iki oğlu var.