Zakir Fərəcovun nəzərinə: Sumqayıt bulvarında ağaclar kütləvi şəkildə qırılır - VİDEOFAKT

22:02 08-11-2021 414

Sumqayıt Şəhidlər Xiyabanı ətrafında salınan meşəlik ərazidə ağaclar kütləvi olaraq tələf olunur.

AzToday.az ecofront-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

“Sumqayıt Şəhidlər Xiyabanı kənarında yerləşən ağaclıq kəsilir. Mən buna mane olmağa çalışdım və mənim çəkiliş apardığımı görüb ərazidən uzaqlaşdılar. Ancaq, sonra nə olacaq bilmirəm. Orada yeni binalar tikilir. Düşünürəm ki, elə ona görə ağacları kəsirlər” , – deyə izləyicimiz qeyd edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova nocomment.az açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra mətbuata məlumat veriləcək.

Məsələ ilə bağlı Sumqayıt şəhər icra hakimiyyətilə əlaqə saxlamaq mümkün olmadı. Qarşı tərəflər kimi adı çəkilən şəxslərin və adiyyati dövlət orqanlarının məsul şəxslərində mövqeyini dərc etməyə hazırıq.