Ərdoğan -Zəfər Günü ilə bağlı paylaşım edib

23:01 08-11-2021 405

“Azərbaycanın Zəfər Bayramını, Qarabağ torpağının hürriyətinə qovuşduğunu müjdələyən bu şanlı günü ən səmimi arzularımla təbrik edirəm”.

 Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr-Zəfər Günü ilə bağlı tviter hesabında yazıb.

“Vətən üçün gözlərini qırpmadan mübarizə aparan, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”, - dövlət başçısı paylaşımında bildirib.