Putinlə Bayden bu tarixdə görüşəcək...

11:32 10-11-2021 351

Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Cozef Bayden 2022-ci ilin əvvəlində təkbətək görüşə bilər.
 Bu barədə "Kommersant” nəşri məlumat yayıb. 
Bildirilib ki, liderlər 2021-ci ilin sonuna kimi videokonfrans formatında onlayn danışıq aparacaqlar, 2022-ci ildə isə şəxsən görüşəcəklər.
Qeyd edilir ki, görüşlərin təfərrüatları hələlik razılaşdırılmayıb, ona görə də Kreml və Ağ Ev Putin və Bayden arasında mümkün danışıqları şərh etmir.