Qobu qəsəbəsi 1 saylı orta məktəbin direktoru şagirdləri narkoman edir? – ŞOK İDDİA

16:23 10-11-2021 558
Bir neçə gündür xəbər saytlarının gündəmini zəbt edən Abşeron rayonu Qobu qəsəbəsi 1 saylı tam orta məktəbdə 9-10 sinif şagirdləri özlərindən yaşca balaca olan şagirdlərə narkotik vasitə hesab edilən psixatrop maddə (patı və şüşə) kimi tanınan, marixuanını (nəşəni) təklif ediblər.
 
Hələ bu azmış kimi 4-cü sinif qız şagirdini zorlamaqla bağlı əxlaqsızlığa sövq ediblər.
 
Şikayətçi valideynin dediklərinə görə, Qobu qəsəbəsində “avtoritet” kimi tanınan Bəxtiyar adlı şəxsə güvənərək sözü gedən şagirdlər bu addımı atıblar.

Bu günlərdə isə insident yaşanan qalmalaqallı məktəbin direktoru və şagird valdeyini arasında olan səs yazısı yayılıb:
 
 
Məsələ ilə bağlı Abşeron rayon Təhsil Şöbəsi və Qobu qəsəbəsi 1 saylı tam orta məktəbilə əlaqə saxlamaq mümkün olmadı. Qarşı tərəflər kimi adı çəkilən şəxslərin və adiyyati dövlət orqanlarının məsul şəxslərində mövqeyini dərc etməyə hazırıq.
 
Mənbə azerbaycanrealligi.com