Fransalı iş adamı Azərbaycan Prezidentini və xalqını təbrik etdi

18:22 10-11-2021 522

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident. Bir il bundan əvvəl Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu münasibətlə Sizə və Azərbaycan xalqına təbriklərimi çatdırıram.
Sizin rəhbərliyinizlə Azərbaycan beynəlxalq aləmdə danılmaz rolu olan müstəqil və güclü bir ölkəyə çevrilmişdir.
Artıq bir ildir ki, Siz geniş potensialı olan Qarabağ regionunun yenidən qurulması və inkişafı ilə bağlı çox böyük işlərə başlamısınız. Bu potensialın nə qədər böyük olduğunu bir neçə gün bundan əvvəl Bakıda olduğum müddətdə “Rebuild Karabakh” – “Qarabağın bərpa, yenidənqurma və inkişafı” sərgisini ziyarət etdiyim zaman gördüm.
Mən ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə töhfə vermək üçün fransız və azərbaycanlı tərəfdaşlarımızla işləməyə davam edəcəyəm.
Cənab Prezident, yaxın zamanda görüşmək şərəfinə nail olmaq ümidi ilə Sizə səmimi salamlarımı və dərin ehtiramımı çatdırıram.
Hörmətlə,

Jil Remi Fransanın “CIFAL” şirkətlər qrupunun prezidenti

SORĞU

Paralel.az