Oqtay Süleymanovun əziz xatirəsi
həmişə qəlbimizdə yaşayacaq

19:10 10-11-2021 360

Unudulmaz şagird yoldaşımız, gözəl dostumuz və sevimli qardaşımız Oqtay Əhəd oğlu Süleymanov biz şagir yoldaşlarını və onu sevənləri tərk edib, ömrünün 67-ci payızında dünyasını dəyişdi.

Dostumuza və qardaşımıza Allahdan rəhmət diləyirik,

ruhu şad, məkanı cənnət olsun!

Hər bir insanın dünyadan köçməsi təbii sonluq olsa da, insan itkisi həmişə əzizləri, yaxınları və dostları üçün ağır olur. Oqtay Süleymanovun da həyatdan getməsi şagird yoldaşları, dostları və onu sevənlər üçün çox ağır qəm və kədərdir.

O.Ə.Süleymanov özünəməxsus çətin və şərəfli həyata yaşaması əzizlərinin və onu yaxından tanıyanların xatirəsindən silinməz illər buraxıb.

O.Ə.Süleymanovun həyat fəaliyyətindən və onun xatirəsini daim yad edənlər arasında təbii olaraq ilk növbədə kiçik yaşlarında onunla bərabər məktəb partası arxasında oturan sinif yoldaşlarının dedikləri çox orjinaldır.

Hər kəsə bəllidir ki, lap kiçik yaşından- birinci sinfə qədəm qoyandan ta orta məktəbi bitirənədək bir ailənin üzvləri kimi bir-birini sevən və çətinlikləri birgə yaşayan şagirdlər insan həyatının uşaqlıq və gənclik illərini bir yerdə keçirilər.

Biz sinifdə əvvəlcə, yəni V-VIII siniflərdə sayca çox olsaq da, 23 nəfər olaraq Oqtayla bəzimiz 3 il, 6 il və bəzilərimiz isə düz 10 il bir yerdə təhsil almaqla yanaşı, eyni zamanda 6 yaşından 16 yaşaınadək bir-birimizin uşaq və gənclik illərini gözümüzün önündə müşahidə etmişik.

  1. O. Ə. Süleymanovun həyat yolu barədə söz açarkan qeyd edək ki, O 1954-cü ildə Beyləqan rayonunun Əlinəzərli kəndində kolxozçu ailəsində dünyaya dünyaya göz açıb.

1961-ci ildə Şıxəliyev Əhməd müəllimin dərs dediyi Əlinəzərli kənd ibtidai məktəbin birinci sinfinə daxil olub və 1965-ci ilin yazında həmin məktəbin dördüncü sinfini bitirib. 1965-ci ilin sentyabında isə kəndin ilk ali təhsilli fizika-riyaziyyat müəllimi Əlağa Mehdiyevin direktor kimi fəaliyyətə başladığı, iki kənd arasında yeni açılan Əlnəzərli kənd səkkizillik məktəbinin beşinci sinifində təhsilini davam etdirib.

  1. O. Ə. Süleymanov və biz 1968-ci ildə Əlinəzərli kənd səkkizillik məktəbinin orta məktəbə çevrilməsi nəticəsində bizdən əvvəlki nəsillərin çəkdiyi əziyyəti, yəni rayon mərkəzində və xeyli uzaq Aşıqlı kəndində orta təhsil almaq çətinliyindən xilas olduq və biz təhsilimizi Əlinəzərli kənd orta məktəbində 1971-ci ildə bitirdik.

Yeri gəlmişkən, ötən əsrin 60-cı illərində Əlinəzərli kənd səkkizillik və sonra da orta məktəbin bünövrəsini qoymaqla, kənddə savadsızlığın aradan qaldırılmasına və kəndin ziyalı potensialının inkişaf etdirilməsində xüsusi xidmət göstərərək, Əlinəzərli kəndini başdan-başa ali təhsilli mütəxəssislər diyarına çevirmiş Əlağa Təhməz oğlu Mehdiyevə təşəkkür borcumuzu heç vaxt unutmuruq. Allah Oqtay qardaşımıza rəhmət eləsin, onun və kəndimizin ziyalı təbəqəsinin yeyişməsində mühüm rol oynamış Əlağa Mehdiyevin rəhbərliyilə Hidayət Ağalarovun, Bela Ağalarovanın, Mayor Cəfərovun, Əjdər Məmmədovun, rəhmətlik Ağamirzə Quliyevin, Qubad Rəhimovun, Novruz Mirzəyevin və digər müəllimlərimizin gərgin əməyi nəticəsində 1970, 1971, 1972, 1973, 1974 və sonrakı illərdə Əlinəzərli kənd orta məktəbi təhsildə əsl inqilabi nəticələr əldə etdi və bu illərdə məktəbi bitirmiş şagirdlər kütləvi olaraq ali və orta ixtisas məktəblərinə daxil oldular və hazırda bir çoxları alimlik elmi dərəcəsini qazanıb, xalqımıza və dövlətimizə ləyaqətlə xidmət edirlər.

  1. O. Ə. Süleymanovun orta məktəb illərindəki fəaliyyətindən bəhs edərkən qeyd edək ki, O daim öz üzərində çalışan şagird kimi tanıtmışdı, dərslərə hazırlıq və sinifdən kənar təlim-tərbiyə prosesində həmişə nümunəvi şagird olduğunu təsdiq etdi.

Oqtay məktəbin bacarıqlı idman müəllimi və sinif rəhbəri Mayor Cəfərovun təşkil etdiyi bədən tərbiyəsi və idman dərslərində özünü fəal aparan şagirdlərdən biri kimi göstərirdi.

Əzizimiz Oqtay Süleymanovun xatirəsini yad edərkən, onun həyatı ilə sıx bağlı olan bir çox mühüm tarixi hadisələri xatırlamağın mərhumun da ruhunun şad olmasına səbəb olduğunu düşünürəm.

  1. O. Ə. Süleymanov kəndimizin və rayonumuzun ictimai-siyasi həyatında daim fəallıq göstərib. Azərbaycanın müstəqilliyi uğrunda Xalq Hərakatına qoşulan fəallardan biri kimi Oqtay Süleymanov daim haqqın, ədalətin hakim olması uğrunda mübarizədə ön sırada yer alıb.

Xüsusən kənd bələdiyyəsinə keçirilən ilk seçkidə Əlinəzərli bələdiyyəsinin formalaşmasında fəal iştirak edib. Uzun müddət ölkəmizdə demokratiyanın inkişaf etməsi üçün təşəbbüs göstərib.

Azərbaycan ordusunun düşmən Ermönistan üzərində 44 gün ərzində qazandığı böyük qələbədə Oqtay Süleymanov ocağının yetişdirdiyi qəhrəman oğullar əsl qəhrəman kimi iştirak ediblər.

Oqtay Süleymanov gözəl və qayğıkeş ailə başçısı, diqqətli ata olmaqla, vətənpərvər millətini sevən, xalqının və dövlətinin inkişafı naminə fədakarlıq göstərən şəxsiyyət kimi tanınırdı.

Biz indiyədək əziz sinif yoldaşlardan çox gənc yaşında Arif Mehdiyevi, ardınca hərbi xidmətdə olan Şahin Rəhimovu çox vaxtsız itirdik, ardınca Kamil Orucovu, Elmira Abbasovanı, Ədalət Şirinovu və nəhayət Oqtay Süleymanovu itirdik. Dünyasını dəyişmiş butun yoldaşlarımıza, müəllimlərimizə və bütün əzizlərimizə Allahdan rəhmət diləyir və doğmalarına, əzizlərinə səbr diləyirik!

Oqtay Əhəd oğlu Süleymanovun əziz xatirəsi onu sevənlərin, şagird və mübarizə yoldaşlarının, Əlinəzərli camaatının qəlbində daim yaşayacaqdır!

Yazının sonunda ailəsinə, bütün əzizlərinə, Oqtaysevərlərə dərin hüznlə başsağlı verir və əziz dosuma və qardaşıma Uca Allahadan rəhmət diləyirəm!

Allah rəhmət eləsin!

 Sinif yoldaşları adından dərin hüzn və ehtiramla: Tapdıq ABbas