Rusiyalı politoloq qeyri-müəyyənlikdən bəhs edir

23:13 12-11-2021 342

Politoloq  Andrey Areşev  müharibədən sonrakı il ərzində vəziyyətin  kəskin şəkildə dəyişdiyini söyləyib: “Ermənistan məğlubiyyəti nəticəsində xarici siyasət subyektivliyini itirib. Türkiyənin regionda təsiri kəskin şəkildə artıb. Qarabağdakı Rusiya sülhməramlı kontingenti orta müddətdə yeni status-kvonu qoruyub saxlayır.
Ermənistan rəhbərliyinin Qarabağın taleyindən uzaq olduğunu nəzərə alsaq, Qarabağda nələrin baş verəcəyi, Moskva ilə Bakının hansı razılaşmalara gələcəyi məlum deyil”.
Nigar