Leyla Abdullayeva İran səfiri ilə görüşüb

23:45 12-11-2021 324

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ilə görüşüb.

Bu barədə səfir tvitterdə hesabında yazıb.

“Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva ilə görüşdən məmnun oldum. Biz, ikitərəfli əlaqələrimizin son inkişaflarını, xüsusən də media və ictimai diplomatiya sahələrində Xarici işlər nazirliklərinin daha sıx əməkdaşlığını müzakirə etdik", - səfir vurğulayıb.

Akif Nəsirli