Ölmə ay oğul, gələn il maaşlar artacaq

23:57 12-11-2021 315
Paralel.az xəbər verir ki, Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı, gələn il orta əmək haqqının 807 manat olacağı barədə proqnoz verilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib ki, «Orta aylıq əmək haqqının artım tempi 4,7 faiz həcmində proqnozlaşdırılır».
Bu isə o deməkdir ki, varlılar daha da varlanacaq, kasıblar isə daha da kasıblayacaq. Bizə əmək haqqının miqdarı yox, aldığımız pulun alıcılıq qabiliyyəti daha vacibdir, əmək veteranı Mürsəl Zamanlı deyir:»Biz ayda «3-5 şirvan» alanda bundan daha yaxşı yaşayırdıq. Rəqəmlər heç bir şeyi həll etmir. Məsələn, mən ayda 300 manat maaş alanda, deputatların maaşı 800 manat idi. Bu gün mən 400 manat alıram, deputatlar isə bütün digər ödəmələrlə bir yerdə, təxminən 3-4 min manat. Bazarı da onlar öz maaşlarına uyğun şəkildə tənzimləyirlər ki, kasıbın əlində qəplk-quruş belə qalmasın, öz əllərində deyil, hər şey! İndi gəl yaşa! Necə deyərlər, ölmə ay oğul, gələn il maaşlar artacaq!»
Seyid