Görəsən, məmurlar bazara, marketə gedir?

00:02 13-11-2021 342
Paralel.az xəbər verir ki, maliyyə naziri Samir Şərifov bildirib ki, ərzaq məhsullarının rüsumunda artım yoxdur.
Azərbaycan sözün bütün mənalarında, çox maraqlı ölkədir. Məsələn, bütün millət, son zamanlar bir neçə deputat da, onlara qoşulub hayqırır ki, ölkəmizdə ərzaq məhsullarının qiyməti kəllə-çarxı belə keçib. Amma dövlət məmurları və bəzi deputatlar bunun əksini sübut etməyə çalışır, yaxud bu artımı «süni qiymət artımı» adlandırırlar. Amma heç kim demir ki, bunun qarşısını kim almalıdır? Süni qiymət artımını yaradanlar kimdir?
Maliyyə naziri Samir Şərifov parlamentdə büdcə müzakirəsi zamanı deyib:»Hamıya bildirirəm ki, heç bir ərzaq məhsulunun rüsumunda bir qəpik də olsun, artım yoxdur». Onda bəs, bazarda, marketlərdəki artımı necə başa düşək? Azərbaycan məmurları məgər, öz ərzaq məhsullarına təlabatlarını bu məkanlarda ödəmirlər? Yəqin bazar-dükana getmirlər ki, bundan xəbərsizdirlər.
Yusif