Nəsimi rayonunun Əlimərdan Topçubaşov küçəsində Seyid adlı şəxsə “dur” deyən tapılmır? – ŞİKAYƏT

12:47 15-11-2021 360

Ərizədə qeyd edilənləri nəzərinizə çatdırırıq:

Redaksiyamiza Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 11-də çoxmərtəbəli yaşayış binasında yaşayan sakinlər adından şikayət ərizəsi daxil olub. Ərizədə qeyd edilənləri nəzərinizə çatdırırıq:

“Biz aşağıda imza edən Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 11-də yaşayan şəxslər bildiririk ki, həmin yaşadığımız çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşən “GETUPCOME”, “Chico Jeam music bar”, “N joy by Papyon”bar və gecə klubu tipli obyektlər gecə 02 radələrinə qədər musiqiyə yüksək səs verməklə fəaliyyət göstərməklə yanaşı spirtli içkilərin, müxtəlif narkotik və psixatrop maddələrin aludəçilərinin məskəninə çevrilib. Qeyd olunan hal da bina sakinlərinin haqlı narazılıqlarına səbəb olur.

Həmin obyektlər təkcə yüksək səslə gecə saatlarına qədər fəaliyyət göstərməsindən əlavə həmin obyektlərə gələn spirtli içkilərin,müxtəlif narkotik və psixatrop maddələrin təsiri altında olan şəxslər hər gün səs küy salaraq ictimai asayişi kobud surətdə pozmaqdan çəkinməyərək xırda xuliqanlıq da törədirlər.

Bu səbəbdən həmin obyektlərə gələn spirtli və müxtəlif maddələrin təsiri altında olan şəxslərin əlindən biz sakinlər Bakı şəhərinin mərkəzində yerləşən polis tərəfindən ictimai asayişin qorunduğu ərazidə hətta Daxili İşlər Nazirliyindən təxmini bir neçə küçə aşağıda yerləşən ərazidə qorxaraq yaşayırıq.

Qeyd olunan obyektlərin mülkiyətçilərinə sakinlər adından xəbərdarlıq etməyimizə, onları Azərbaycan Respublikasının Qanunlarına hörmətlə yanaşmalarına, vətəndaşların hüquqlarını və ictimai asayişin pozulmasına şərait yaratmamağa dəvət etməyimizə baxmayaraq həmin obyektlərin sahibləri bilərəkdən hər gün məişət səs-küyünə qarşı mübarizə qaydalarını pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkləri azmış kimi sakinlərin Konstitusiyon hüquqlarında pozmaqdan çəkinmirlər və açıq aşkar heç kimin onlara heç bir şey edə bilməyəcəkələrini, hansısa havadarlarının köməyi vasitəsi ilə cəzası qalacaqlarını həyasızcasına bəyan edirlər.

Qeyd olunan “GETUPCOME”,  “Chico Jeam music bar”,  “N joy by Papyon” bar və gecə klublarının bağlanması istiqamətində səyinizi əsirgəməyəcəyinizi və Azərbaycanın gələcəyi olan gənclərin yetişməsində mənfi rol oynayaq bu kimi obyektlərə qarşı kəsgin mübarizə aparcağınıza inanırıq.”

Şikayətçilərin sözlərindən aydın olur ki, Nəsimi Rayon İcra Hakimiyyəti başda olmaqla Rayon Polis İdarəsi də adıçəkilən obyektin fəaliyyətinə nəzarət etməkdə çətinlik çəkirlər. Əcəba,Seyid adlı şəxs kimdir ki, şəhərin mərkəzində qanunlara qarşı hörmətsizlik edir və dövlətin güc strukturları onun qarşısında aciz duruma düşüblər?

Seyid adı altında şikayətçilərin iddia etdiyi əməlllərlə məşğul olmağın milli-mənəvi dəyərlərimizə və əxlaqımıza nə qədər zidd olduğunu söyləməyə ehtiyac duymuruq. Tutalım bu şəxs sahibkar kimi etdiyi əməlllərin fərqində deyil, o yalnız pul qazanmaq haqqında düşünür….

Bəs Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov başda olmaqla Nəsimi rayonunun hüquq-mühafizə orqanları sakinlərin şikayətlərinə niyə başdansovdu yanaşırlar?

Veriləsi suallarımız çox olsa da, şikayət ərizəsində adı hallanan qurumların susması araşdırmalarımızı çətinləşdirməklə bərabər Seyid adlı şəxsin həqiqətən də “böyük adam”olması iddialarını daha da gücləndirir. Sakinlərin yuxusunu ərşə çəkənlərlə bağlı araşdırmalarımızı davam etdirəcəyik
Bizi izləməkdə davam edin….

Ardı var….

P. S. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov adətən belə hallara qarşı kəskin mübarizə aparmağı ilə seçilən məmurlardandır. Amma, bu məsələdə susmağa üstünlük verməsi başadüşülən deyil.

Məqalədə adıçəkilən qurumların mövqeyini dinləməyə və dərc etməyə hazırıq…

Mənbə Stimulxeber.az