Erməni terrorçu Qarabağda Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıb, yaralanan var – FOTO/VİDEO

14:44 13-11-2021 171

Bu gün saat 07:00 radələrində Şuşa şəhəri yaxınlığında erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıb. Bu barədə Caliber.Az-ın məlumatlı mənbələri məlumat yayıb.

Terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, terror aktı nəticəsində azı bir azərbaycanlı hərbçi yaralanıb. Onun həyatı üçün təhlükə yoxdur.

Daşaltı blokpostunda Azərbaycan və Rusiya hərbçilərinə qumbara atan terrorçunun kimliyi bəlli olub. Onun 1975-ci il təvəllüdlü Norayr Mirzoyan olduğu bildirilir.

Qeyd edək ki, terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, terror aktı nəticəsində azı bir azərbaycanlı hərbçi yaralanıb.

Onun həyatı üçün təhlükə yoxdur.

 

 

Millətin Səsi