“Ekologiya düşmənləri” “narkobiznesə” də şərait yaradır? – ŞOK İDDİA

16:00 15-11-2021 432

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional Meşə Təsərrüfat Mərkəzi sahibkarların başağrısına çevrilib.

Ərazidə yerləşən iaşə obyektlərindən qanunsuz pul tələb etmə halları iş adamlarını artıq təngə gətirib. Bu barədə Azadlıq.info-ya edilən şikayətlər, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyində araşdırılaraq Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də göndərib.

Sahibkarların bildirdiyinə görə Şamaxı Regional Meşə Təsrrüfat Mərkəzinin direktoru Əfqan Qəribov eyni zamnda yaşıllıqların da qəniminə çevrilib. Nadir meşə ağacları olan qoz, fısdıq və qırmızı palıd ağaclarını oduncaq və tikinti materialı kimi doğratdırıb, bir maşınını 1500 manatdan 5000 manat aralığında satdırır. Bu işdə ona Ekologiya və Təbii sərvətlər Nazirliyində işləyən əmisi Cabbar Qəribov və Departament rəhbəri vəzifəsində çalışan, tələbə yoldaşı Namiq Xıdırov himayədarlıq edir.

İş adamlarının iddiasına görə, İsmayıllı meşələrində coxlu sayda kömür yataqları da mövcuddur.

Eyni zamanda meşə torpaqlarının daşınaraq satılması ilə bağlı da xeyli faktlar var. Eləcə də meşə zolaqlarında narkotik bitkilərin becərilməsi barədə də məlumatlar var.

Ötən il bu barədə İsmayıllı polisi əməliyyat keçirib iki nəfəri həbs edib. Amma nədənsə Meşə Təssərrüfat Mərkəzinin əməkdaşları cəzalanmayıb.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Mənbə Azadliq.info