Bakıda hamilə qadın xəstəxanada öldü: Yaxınları Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ginekoloqu döydü

16:19 15-11-2021 360

Bakıda hamilə qadın ölüb. MillətinSəsi.info-nun məlumatına görə, 20 yaşlı Yeganə Mirzəyeva hamiləlik əlaqədar yaşadığı Sabirabad rayonunda mərkəzi xəstəxananın doğum şöbəsinə aparılıb.

Ona orada həkim-ginekoloq Lalə Kazım müayinə edib. Həkim daha sonra hamiləni Bakıdakı xəstəxanalardan birinə göndərib. Hamilə həmin xəstəxanada ölüb.

Bundan sonra Y.Mirzəyevanın həyat yoldaşı, anası və qayınanası Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gedərək, Lalə Kazımı döyüb.

Qeyd olunan faktlarla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.