Göyçayda Suvarma Sistemləri İdarəsinin müdiri yol da kəsdirir, adam da döydürür? – İDDİA

16:24 15-11-2021 342

Və daha nə kimi işlər çevirir?

Göyçay rayonu Həbibi küçəsi ev 50-nin sakini Azadov Seymur Əlibala oğlu tərəfindən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Baş Prokuror cənab Kamran Əliyevə və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikayılova müraciət ünvanlanıb.

Proqnoz.com vətəndaşın sözügedən müraciətini olduğu kimi təqdim edir:
 
Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov quldur dəstəsi yaradıb cinayət əməlləri ilə məşğul olur ki, nəticədə də dövlət vəsaiti talan edilir, vətəndaşlar əziyyət çəkirlər.Mən belə bir problem barədə şikayət etdiyim üçün Şakir Əhmədovun qoçu dəstəsinin hücumuna məruz qaldım məni döyüb çəkliş apardığım telefonlarım əlimdən alındı.
 
Belə ki, Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən vaxtında təmizlənmədiyi, tədbir görülmədiyi üçün arx daşaraq həyətləri və küçələri su basdığı üçün mən Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun özünə müraciət etdim. Şakir Əhmədov mənə bildirdi ki, idarənin texnikaları hazırda kəndlərdə su kanallarının qazıntısı, təmizlənməsi ilə məşğul olurlar deyə hazırda mümkünsüzdür.
 
Bundan sonra mən məlumat alıb hadisə yerinə gedib Göyçay rayon Suvarma Sistemləri İdarəsinə məxsus texnikaların özəl işlərə cəlb olunmasını video çəkliş edib öz fecbook səhifəmdə paylaşım etdim. Bu barədə həmçinin Göyçay rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdim.
 
Bundan sonra Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov mənim ünvanıma məktub göndərib xəbərdarlıq etdi ki, Göyçay şəhəri Natavan küçəsindəki avtomobil mühərrikinin təmiri sexiniz su arxının qoruma zolağında inşa edildiyi üçün sökməlisiniz.
 
Mən Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədova məlum etdim ki, qanunsuz fəaliyyətiniz barədə şikayət etdiyim üçün sizin bu xəbərdarlıq məktubunuz qərəzli və əsassızdır. Çünki Göyçay rayon ərazisində yetmişdən çox obyekt düz su arxının üzərində inşa edilib hazırda da fəaliyyət göstərirlər, ancaq mənim qanunu qaydada inşa etdiyim avtomobil mühərrikinin təmiri seximlə su arxının arasında 4 metr məsafə var və qoruma zolağına heç bir aidiyyatı yoxdur. Buna baxmayaraq Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədova məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mənə məxsus avtomobil mühərrikinin təmiri sexinin su arxının qoruma zolağının üzərində qanunsuz inşa edilməsini əsas gətirib sökülməsini xahiş etmişdir.
Qeyd edim ki, himayəmdə 4 azyaşlı uşağım var. Ailədə yeganə işləyən mənəm ki, avtomobil mühərrikinin təmiri ustasıyam zəhmətimlə çörək qazanıb ailəmi bir təhər dolandırıram. Şakir Əhmədov qanunsuz əməlləri ilə məni intihar  həddinə çatdırdı deyə 04 avqust 2021-ci il tarixdə onun iş otağına gedib sirkə turşusu içdim. Həmin günü həkimlərin müdaxiləsi nəticəsində ölmədim həyatda qaldım.Bu barədə Göyçay rayon prokuroluğunda araşdırma aparılmağa başlanıldı. Ancaq Şakir Əhmədov haqqın verib məsuliyyətdən kənarda qala bildi.
 
Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun korrupsiya, quldurluq əməlləri barədə kifayət qədər subutlarım var.
 
Məhkəmə iclasında mən avtomobil təmiri seximin qanunu qaydad inşa edildiyinə dair sənədləri və Göyçay rayon ərazisində 70 ədəd obyektin su arxının düz üzərində inşa edildiyini təsdiq edən foto şəkilləri və video çəklişi hakimə təqdim etdim. Hakim araşdırma aparıb Şakir Əhmədovun iddiasının əsasız olmasına dair qətnamə çıxardı.
 
Qeyd edim ki, avtomobil mühərrikinin təmiri sexim 45 kvadratmetrdir, öz zəhmətimlə güc bəla ilə inşa etdirmişəm. Həttda həmin sexin reyestr çıxarışının alınmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva mənə şəxsən köməklik göstərmişdir. Buna görə məni şəxsən Heydər Əliyev Fonduna dəvət edib dinlədilər və köməklik olundu. İndi isə bir nəfər korrupsioner talançının özbaşınalığına, işgəncələrinə məruz qalmışam.
 
Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov məhkəmədə uduzmasından sonra daha da azğınlaşıb mənim ölümümə göstəriş verdi.
 
Belə ki, 25 oktyabr 2021-ci il tarixdə saat 11-00 radələrində avtomobilimdə oturub telefonla danışan zaman qarşıda VAZ-2107 avtomobili arxada isə ekskavator saxlayıb məni əhatəyə aldığlar. Avtomobildən düşürüb məni döydülər və telefonlarımı əlimdən alıb oradan uzaqlaşdılar.Həmin şəxslər  Göyçay rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşları idi, ekskavator həmin idarəyə məxsus idi. Onların niyyəti məni öldürmək və ya  ağır xəsarət yetirmək olmuşdur. Sadəcə yolun kənarı olduğu üçün oradan keçən avtomobillərin görməsindən ehtiyat edib əmri yerinə yetirmədilər. Mənə xəsarət yetirdilər telefonlarımı oğurladılar.
 
Mən avtomobilimlə geri qayıdıb tanışımın telefonu ilə 102 qaynar xəttinə zəng edib məlumat verdim. Göyçay Rayon Polis Şöbəsində izahatım alındı, mən təhqiqatçıya başqa telefon nömrəsi verdim ki, mənimlə əlaqə saxlaya bilsin. Həmin günü axşam saatlarında təhqiqatçı zəng edib dedi ki, telefonlarını gətirib veriblər gəl apar. Bu fakt subut edir ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun işçiləri mənim telefonlarımı quldurluqla ələ keçiriblər. Ancaq buna baxmayaraq onların barəsində heç bir qanunu tədbirlər görülmədi. Çünki Şakir Əhmədov dövlətdən taladığı pullar hesabına oliqarxa çevrilib deyə onun qarşısında Göyçay hüquq mühafizə orqanları acizdilər.Həttda telefonumu oğurlayıb aparıb orada olan video çəklişlərin hamısı siliblər.
 
Şakir Əhmədov Göyçay rayon Suvarma Sistemləri İdarəsinə məxsus Yaponiya istehsalı olan sepli texnikanın sepinin dəyişdirlməsi adı ilə 9000 manat pulu mənimsəmişdir. Hansı ki, həmin texnikanın sepi 15 ildən bir dəyişdirliə bilər. Ancaq sepin dəyişdilməsinə dair akt tərtib edilib 9000 manat silinsə də sep dəyişdirilməmişdir. Göyçay rayon ərazisində suvarma kanalları təmizlənmədiyi halda büdcədən vəsait silinib mənimsənilir. Buna görə ekspertiza keçirlib yerində yoxlama aparılarsa subut olunacaq. Həmçinin idarəyə məxsus texnikalar şəxsi işlərə cəlb edilib Şakir Əhmədova pul qazanır.
 
Mən Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan, Baş Prokuror cənab Kamran Əliyevdən və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikayılovdan  xahiş edirəm mənim şikayət ərizəmi nəzarətə götürüb özünüz obyektiv araşdırıb dövlətin ayırdığı vəsaiti talan edən, idarəni şəxsi ofisinə döndərən. quldur dəstəsi yaradıb cinayət əməlləri ilə məşğul olan Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun barəsidnə qanunu və ciddi tədbirlər görəsiniz.”
 
 
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
Aytən Əliyeva