İranda zəlzələ nəticəsində ölən və yaralanan var

16:40 15-11-2021 189

 İranın Hörmüzqan əyalətinin Fin şəhərində baş verən zəlzələdə 99 nəfər xəsarət alıb, 1 nəfər ölüb.

İranın İRNA agentliyi yazır ki, bazar günü yerli vaxtla 15:37-də sözügedən ərazidə 6.4 maqnitudalıq zəlzələ baş verib.

O, xəsarət alanlardan bəzilərinin evə buraxıldığını, bir hissəsinin isə xəstəxanaya yerləşdirildiyini bildirib.

İranın Qızıl Aypara Cəmiyyətinin sədri Kərim Hemmati zəlzələ nəticəsində 137 kəndə ziyan dəydiyini açıqlayıb.

İran Prezidenti İbrahim Rəisi aidiyyati qurumlara zəlzələ baş verən və ətraf ərazilərdə xilas və yardım əməliyyatları tapşırığı verib.
Akif Nəsirli