Ərdoğan İrana səfər edəcək

16:58 15-11-2021 450

 Türkiyə və İran XİN rəhbərləri Mövlud Çavuşoğlu ilə Hüseyn Əmir Abdullahian arasında keçirilmiş mətbuat konfransında maraqlı açıqlama verilib.

Mövlud Çavuşoğlu deyib ki, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın artırılması sahəsində razılıqlar əldə olunub:

“Bu gün iranlı həmkarımla iki ölkə arasında əlaqələrin inkişafını sürətləndirmək haqqında razılıq əldə etdik. İki ölkə arasında beynəlxalq sahədə də əməkdaşlıqların perspektivini müzakirə etdik”.

Hüseyn Əmir Abdullahian çıxışı zamanı bildirib ki, Türkiyə Prezidentinin İrana səfəri yaxın zamanlarda baş tutacaq. Bu gün türkiyəli həmkarımla regionda və beynəlxalq aləmdə baş verən müxtəlif məsələləri müzakirə etdik. Türkiyə Prezidentinin Tehrana səfəri zamanı iki ölkənin əməkdaşlığını artırmaq üçün yol xəritəsi imzalanacaq".