Pəhləvan müəllimin işçiləri Sabirabadda pəhləvanlıq edir? – ŞİKAYƏT

15:59 16-11-2021 414

Döyülən 7-ci sinif şagirdi xəstəxanalıq oldu

 

Sabirabad şəhəri Z.Ə.Tağıyev adına 6 saylı orta məktəbin 7 sinif şagirdi Əliyev Əli Elnur oğlunun atası Azinforum. az-a müraciət edərək bildirib ki, həmin məktəbin Mirzəyev Əsəd adlı müəllimi dərsin gedişi zamanı onun oğlunu güldüyünə görə, möhkəm döyərək, ciddi bədən xəsarəti yetirib:

“Müəllim sinifdəki başqa bir şagirdə xəbərdarlıq edəndə, oğlum gülüb. Bundan sonra müəllim mənim oğlumun saçından tutaraq, onun başını masaya çırpıb. Nəticədə uşağın qulağından qan açılıb. Sonra boynun arxasından iki yumruq vurub. Oğlum hüşunu itirib. Vəziyyəti ağırlaşdığı üçün,  onu xəstəxanaya aparıblar.

Mən bu vəziyyətlə bağlı məktəbin direktoruna, sonra rayon təhsil şöbəsinin müdirinə şikayət etdim. Mənim müəllimlə bağlı ciddi ölçü götürülməsi barədə etdiyim təkidli tələblərimə baxmayaraq, hələ də həmin müəllimlə bağlı heç bir ölçü götürülməyib. Hiss etdim ki, onlar bizi barışdırmaqda maraqlıdırlar. Hətta həmin müəllimin oğlu mənə hədə-qorxu gəlir ki, heç bir yerə şikayət etməyim.

Direktor Həşimov Mircamal ən son danışığında mənə dedi ki, bununla bağlı onların qərar vermək səlahiyyəti yoxdur. Təhsil İdarəsinin müdiri Pəhləvan Qarayev ona deyib ki, bu işlə bağlı sənədlər göndərilib Nazirliyə, son sözü onlar deyəcək. Mən yaranmış bu açınacaqlı vəziyyətlə bağlı təhsil naziri  Emin Əmirullayevə müraciət edirəm. Xahiş edirəm ki, mənim oğluma xəsarət yetirən müəllimlə bağlı ciddi ölçü götürülsün”.

Mənbə Azinforum.az