Deputat Feyziyevin 35 milyon manatı üzə çıxdı!

16:18 16-11-2021 540

Milyonlar ölkədən necə çıxarılıb?

“Deputat Cavanşir Feyziyev həyat yoldaşı Pərvanə Cəvanşir və oğlu Orxan Cavanşir korrupsiya yolu ilə əldə etmiş milyonları London banklarında saxlayırlar. Britaniya istintaq orqanları Azərbaycan deputatın pullarına həbs qoyub. Bəs niyə bizim yerli hüquq mühafizə orqanları heç bir addım atmırlar? Görmürlər ki, deputat saxta şirkətlər vasitəsi ilə dövlət büdcəsini talayır? ”

Bunu tanınmış bloger Mehman Hüseynov yutube kanalında və  “Sancaq production” facebook sosial şəbəkəsindəki səhifəsində yayaraq ictimailəşdirib.

Tanınmış bloger Mehman Hüseynov facebook sosial şəbəkəsində onu da qeyd edib ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev 35 milyon manatı hansı yollarla qazanıb və bu pulu ölkədən necə çıxardıb: “Milli Bank, Dövlət Gömrük xidməti və Maliyyə Nazirliyinin bu cinayətdən xəbərləri var? Azərbaycanın saxta TV-ləri belə süjetlər göstərmir, çünki qorxurlar.

Feyziyevlər nəsli ölkənin siqaret və dərman monopolisyasına baxırlar. Cavanşir Feyziyev millət vəkili ola ola bizneslə məşğul olur! Faktlarla bunu görsədirik. Milli Məclisin spikeri Sahibə Qafarova, Mərkəzi Seçki Komissiyası, Baş Prokurorluq buna göz yumur. Niyə?

Britaniya Milli Cinayətkarlıq Agentliyi Londonda Cavanşir Feyziyevin qanunsuz 15 milyon funt-sterlinq varidatını müsadirə etməyə hazırlaşır. Bu deputat İngiltərədə həmin ölkəyə qanunsuz köçürülən milyonların çirkli pullar olmadığını sübut edə bilməyib. Biz də bu pulların əsl mənbəyini ortaya çıxarmışıq. Məlum olub ki, bu pullar korrupsiya yolu ilə əldə edilib.”

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Müəllif Mehman Hüseynov