Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər prokurorluğa göndərilib

17:13 16-11-2021 270

Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 6/26 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

 

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Səbri Qədirov tərəfindən kəsildiyi və təbiətə 2 200 manat məbləğində ziyan dəydiyi məlum olub.

 

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Nərimanov Rayon Prokurorluğuna göndərilib”, – deyə V.Cavadov qeyd edib.