Ölkəmizdəki xarici hərbi attaşelər və təşkilat nümayəndələri sərhəddəki vəziyyətlə bağlı məlumatlandırıldı

17:31 16-11-2021 252

Noyabrın 16-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq təqdim olunub.

 Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, brifinq iştirakçılarına dövlət sərhədində Ermənistan tərəfinin törətdiyi təxribatlar və hazırda mövcud vəziyyət barədə ətraflı məlumat verilib.