"Milli Dirçəliş Günün" mübarək, Azərbaycan xalqı!

13:16 17-11-2021 279

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür. Hələ 1988-ci il noyabr ayının 17-də xalqımızın azadlıq səsini ucaldaraq ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi yaratdı. Və beləliklə, 1991-ci ildə Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdi. Bu yol mürəkkəb, eyni zamanda ağır olsa da Azərbaycan xalqı uğurla addımlamağı, gələcəyə baxmağı bacardı.
Biz də "Proqnoz.com" informasya agentliyi  olaraq xalqımızı 17 noyabr Milli Dirçəliş Günü münasibəti ilə təbrik edir, daim mübariz, əzmkar və müstəqil olmasını arzulayırıq!