Feyruz Hilaloğlu AYB üzvü

18:20 17-11-2021 360

Bəli, veteranlar, ağsaqqalar, bir sözlə yaşlı adamlar yaşadıqları ölkənin ən dəyərli İnsanları hesab olunmalıdır. Gəlin görək bizim doğma Azərbaycanımızda – Odlar Yurdunda vəziyyət necədir. Atalar deyib ki, Allahsız yerdə otur, böyüksüz yerdə oturma! Mən sizə yaşlı adamlara – veteranlara olan insanların və dövlətin qayğısından danışmaq istəyirəm. Çünkü bu barədə danışmaq üçün mənim əsasım var. O da ondan ibarətdir ki, mən hər il bir neçə dəfə Bakıda –Mərdəkanda olan Əmək və Müharibə Veteranlar; xəstəxanasında oluram.Onu da deyim ki, yuxarıdı dediyim ad əvvəllər idi. İndi əmək sözünü ləğv ediblər. Respublika Müharibə veteranları xəstəxanası gedir sənədlərdə.Həmin xəstəxananın iş prinsipi ilə sizləri, əziz oxucular, tanış etmək istəyirəm. Mənim sizlərə çatdırdıqlarımı orada “müalıcə olan” veteranlar da təsdiq edə bilərlər.

Birincisi həmin bina yararsız vəziyyətdədir. Lifti yox, korpusun biri sıradan çıxıb, rütubət mənbəyi olan köhnə binadan ibarətdir. Məgər, dəyərli olan insanlara bu günə qədər bir yararlı bina tikib vermək olmazdı. Yalançı mərkəzlərdən, ağzı günə qalan olimpiya komplekslərindən birini ixtisar etməklə bu dəyərli insanlara gözəl, yaraşıqlı, müasir tələblərə cavab verən xəstəxana binası tikmək olardı, təbii ki!

İkincisi bu xəstəxanaya ya dərman verilmir, ya da cüzi, primitiv dərmanlar verilir.O. Şirəliyevin vaxtında dərman heç verilmirdi. Demək olar ki, orada olan həkimlər sadəcə olaraq maaş alır, gündə üç dəfə yeməyini yeyir, ora gələn əlsiz- ayaqsız, yaşı keçmişlərdən pul qoparırlar! Əgər kiminsə etirazı varsa, gedib orada yatan xəstələrdən soruşa bilərlər.Əgər vicdanları varsa düzünü deyəcəklər.

Üçüncüsü, həkimlərin, tibb bacılarının, xidmətçilərin, yeməkxanada işləyənlərin bəzilərinin xəstələrə münasibəti çox pisdir. Mən ona görə də rastlaşdığım bəzi neqativ hallarla sizi tanış etmək istəyirəm. Məsələn, yeməkxanada Təhminə kimi gözəl xasiyyətli, xəstələrlə dil tapan işçilər ilə yanaşı kobud, xəstələrin əsəbi ilə oynayan işçilərə də rast gəlmək olar.Bəzən yeməklərin kefiyyətsizliyinə söz ola bilməz. Günün axrında kuloklarda yemək və çörəklə evə gedən xidmətçi xəstəyə əlavə çörək istədikdə kobud cavab verməməlidir. Təəssüf ki, belə hallara və digər neqativ hallara tez-tez rast gəlmək olur.

Həkimlərə gəldikdə isə deməliyəm ki, orada yaxşı həkimlər var.Tahirə həkim, Saleh həkim və adlarını indi unutduğum digər həkimlər var ki, onlar dərmansızlıq şəraitində olsalar belə yenə də xəstələr üçün əllərindən gələni edirlər.

Bununla yanaşı öz işinin öhdəsindən gələ bilməyən həkimlərə, tibb bacılarına, hətta, xadimələrə belə rast gəlmək olar.Bunlara ən yaxşı nümunə həkim Zairanı göstərmək olar.Bu adam rus dilli olsa da kobud olsa da öz işinin öhdəsindən gələ bilməsə də Herontoloqiya şöbəsinin müdiridir. Ancaq öz kosmetikası ilə məşğul olan bu “həkim”in qəbuluna düşmək çətindir. Mən ona başa sala bilmədim ki, yalançı,başaldadan “ pitiminutkalar” keçirməyin nə mənası var? Dərman yox, bir şey yox. Bu yalançı mikroyığıncaqlarda, görəsən, bu həkimlər nədən danışırlar? Bəlkə xəstələrin öz ciblərinin pulu ilə aldıqları dərmanları,ampulaları xəstəyə vurduqdan sonra boş şüşələri sellafon torbaya yığmaq göstərişi verir. Zaira xanım? Yaxud da hər xəstədən neçə manat almağı tapşırır?

Nə qədər eqoist, nə qədər yekəxanadır bu xanım? Görünür, güclü arxası himayəçisi var. Olmasaydı o mənə deməzdi ki, səni bu saat bayıra atdıraram.

Yuxarıda dediklərim həqiqətdir. Mən gördüklərimi yazıram. Xoşqədəm kimi tibb bacılarının yaramaz hərəkətlərini biz xəstələr- veteranlar yaxşı bilirik. Ancaq onu da bilirik ki, bir yerə şikayət etsək qorxuruq ki, öz dərimizi soyalar. Çünki Səhiyyə Nazirliyi və onun oğru, quldur dəstəsi çox profesianaldırlar. Onlar xəstələrdən pul qoparan Xoşqədəmləri dəstəkləyirlər.

Haşiyə: Bu dırnaqarası həkimlər mənim həyat yoldaşımı adı köbək yırtığı əməliyyatı zamanı öldürən həkimlərdir. (Respublika xəstəxanası, Elçin həkim)

Hə, əziz dostlar, qayıdaq veteranlar xəstəxanasına .Burada mədəni kütləvi tədbirdən heç söhbət gedə bilməz. Deyəndə deyirlər ki, xəstə nədi əlamətdar günlərlə bağlı tədbir,yaxud əylənmək üçün musiqi nədir. Öz ömrünü bu vətənin –Azərbaycanın çiçəklənməsi uğrunda yarpaq-yarpaq tökən, indisə təqaüddə olan, bir çox xəstəliklər qazanan yaşlı adamlara-veteranlara belə münasibət bəsləmək haqsızlıq deyilmi, cənablar!

Bu fiziki cəhətdən məhdud, mənəvi cəhətdən sizlərdən qat-qat yüksək olan yaşlı nəslin qədrini bilin, cənablar!

 Sizlərə baxıram, ürəyim ağrıyır,

Siz elə lap dünən

Cavanca uşaqdınız.

Qocalığın tacını başınıza nə tez taxdınız?

Sizlərə baxıram

Saçlarınız dümağ ağarmış,

Eh, Sizə güvəndiyim dağlar,

Sizə də qar yağarmış.

 Nəzərə alsaq ki, o təbəqənin içində sıravidən tutmuş müxtəlif sahələrdə işləmiş alimlər akademiklər, professorlar, yazarlar və digər işlərdə çalışmış adamlar var onda mənim dediklərimi başa düşmək elə də çətin olmamalıdır.

Cənablar, bu haqda fikirləşin!

Gəlin, yaşlı nəslə maddi və mənəvi zərbələr vurmayaq, cənablar

 Feyruz Hilaloğlu AYB üzvü