Bakı Şəhər İcra Hakimiyyətinə 18,8 milyon manat ayrıldı

18:49 17-11-2021 369

Prezident İlham Əliyev Bakı şəhərinin mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfatı departamentinın kommunal təyinatlı texnika ilə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) 18 800 000 manat ayrılıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Mehralıyev Rəfail İsa oğludur.  Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra
Hakimiyyəti Başçısının “Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqında” 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda şəhər üzrə mənzil-kommunal xidməti sahəsində vahid idarəetmə orqanı kimi yaradılıb.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Mehralıyev Rəfail İsa oğlunun adı ictimaiyyətə illər əvvəldən tanışdır. Onu adı mediada “MTN” və “rabitə” işlərində adının keçməsi, qohumu olan Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla birgə qanunsuz əməlləri haqda saysız-hesabsız xəbərlər tirajlanıb.

Departament rəhbərinin bir müddət öncə mediada adı həm də iş adamından rüşvət almaqda keçib. Belə ki, iş adamı İlham Qasımov zamanında Bakı Şəhər İcra Hakimiyyəti yetkillilərinə milyonlarla manat rüşvət verib.

Həmin rüşvət isə əsasən “Real” MTK-nın tikdiyi binaların lahiyələrin təsdiq edilməsi üçün ödənilib. İlham Qasımovun Bakı şəhər İcra Hakimiyyətində əsas havadarı, hazırda Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbəri vəzifəsini tutan Rəfael Mehrəliyev olub. İş adamı tikdirdiyi binalara görə, milyonlarla manatı məhz Rafael Mehrəliyev vasitəsi ilə BŞİH-ə çatdırdığı iddia olunur.

İndi gəlin, R.Mehrəliyevin əmlakına bir nəzər salaq: Nərimanovda Bakı klinikasının yanında 16 sot torpaq sahəsi, həmin klinikadan 200 metr qabağa 14 sot torpaq sahəsi, hazırda 15 milyona satışa çıxarılıb, İnqilab küçəsində, TQDK ilə üzbəüz milyonluq tikililər, Papanində Kontakt Home mağazalar şəbəkəsinə ayı 25 min manata icarəyə verdiyi obyekt…

Üstəlik, də Mənzil-Kommunal Təsərrüfatı Departament rəhbərinin yeyintiləri, tender maxinasiyaları, biznesi haqda faktlar mediada zaman-zaman açıqlanıb.

Mediada yayılan məlumatlarda qeyd olunub ki, R. Mehralıyev xanımı Almaz Səfərovanın şirkətləri vasitəsi ilə büdcədən ayrılan pulları mənimsəyirmiş. Bu korrupsiya şəbəkəsində onun təsisçisi olduğu “Azinşaat 1” MMC xüsusi rol oynayıb.

Şirkətin qeydiyyat ünvanı da elə R.Mehralıyevin şəxsi mənzilidir – Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, mənzil 48…

2011-ci ildə yaradılan bu MMC-nin direktoru isə Elşən Həsənli adlı şəxsdir. O, Sabunçu rayon icra hakimiyyətində vəzifə tutur. Bloger bildirir ki, elə qonşu mənzil olan ev 49 da Mehralıyev ailəsinə aiddir.

Bu mənzildə “Azinşaat” MMC qeydiyyata alınıb. Təsisçiliyi illər sonra bacısı Aliyə Mehralıyevanın keçmiş əri Xəlil Sultanova aid olub.

Onlar 2019-cu ildə boşanıblar və əmlakı bölə bilmədikləri üçün iş məhkəməyə gedib. Mehralıyevin başqa bir yeznəsi isə Eldar Şirinovdur. Meriyanın bu oliqarx məmurunun E.Şirinov adlı yeznəsi də “Ens İnşaat” MMC rəhbəridir. Həmçinin “Rəşad Abadlıq” MMC da ailə podratına daxildir.

Mediada yayılan araşdırmalardan üzə çıxarılıb ki, həm “Ens İnşaat” MMC, həm “Rəşad Abadlıq” MMC inşaat materiallarının alınması, yolların və evlərin təmiri, şəhərin kommunal təsərrüfat işlərini həyata keçirilməsində bütün tenderlərin qalibi olub.

Nəticədə Rafael Mehralıyev yeznələrini idarə etdiyi, əslində özünə məxsus olan şirkətləri tenderlərdə qalib çıxarmaqla dövləti ayırdığı milyonlardan yüzminlərlə vəsaiti cibinə axıdıb.

Mediada yayılan məlumatlarda o da qeyd edilib ki, bu korrupsiyanın nəticəsi olaraq yeznəsi Eldar Şirinov “Tuqay” adlı restoranı 2,5 milyon manata alaraq, 2.5 milyon manat da təmirinə pul xərcləyib. Sonra restoranın adını dəyəşərək “Favorit” qoyub. Bu obyektdən başqa, Balaxanıda Mehrəliyevə məxsus olan asfalt zavodunun içində Eldar Şirinovun “tol”, “emusya”, boya və səki daşları istehsal edən sexi var. Asfalt zavoduna Rafael Mehrəliyevin kiçik yeznəsi Xəlil rəhbərlik edir.

Bundan başqa, mediada yayılan məlumatlarda bildirilib ki, Rafael Mehrəliyevin digər yeznəsi olan Mübariz də Dərnəgüldə yerləşən Bakı şəhər İH-nin “Qış” qarajının müdiri olub. Bakı şəhərində küçələrə asfalt çəkilişinə Rafael Mehrəliyevin əmisi oğlu Xəqani və qaynı Azər rəhbərlik ediblər.

Məlumata görə, Rafael Mehrəliyevin qardaşı Mübariz Mehrəliyev isə Türkiyəyə qaçıb və orada böyük biznes yaradıb. O, Mehrəliyevlərin digər qohumu, meriyada “tender kralı” kimi tanınan Ramazan Məmmmədovun pullarını Türkiyəyə çıxarıb və qardaş ölkədə ciddi biznes şəbəkəsi yaratmağa nail olub. Rafael Mehrəliyev isə həm öz pullarını, həm də Vidadi Zeynalovun pullarını Türkiyəyə qaçan qardaşına göndərərək orada böyük biznes qurmasını tapşırıb.

Departamentin tabeliyində Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, “Lifttəmir” İstehsalat Birliyi, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi Təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsi kimi qurumlar fəaliyyət göstərir.

Millətin Səsi