“AKKORD”un tikdiyi binadan ŞİKAYƏT

11:06 18-11-2021 324

"40 min AZN vəsait yığılır, amma..."

 

“AKKORD” Şirkətlər Qrupunun inşa etdiyi Abşeron Gənclər Şəhərciyində yerləşən 11 mərtəbəli 76-cı bina sakinlərindən saytımıza şikayət daxil olub.

 

Proqnoz.com Sonxeber.az-a istinadən verdiyi məlumata görə, Bakı-Sumqayıt şossesinin 7-ci km-də yerləşən bu binada 2 aydan çoxdur ki, həllini tapmayan lift problemi var.

Sakinlərin bir çox digər narazılıqları da var.

Bildirilir ki, hazırda sözügedən şəhərcikdə 4300-ə yaxın mənzil mövcuddur. Zirzəmilər suyun içindədir, natəmizlik baş alıb gedir.

Eyni zamanda, blokda işıqlandırma yoxdur. Sakinlər bir çox problemləri öz vəsaitləri hesabına həll edirlər. Bu mənzillərin komendantı tərəfindən hər ay kommunal xərclər üçün minimum 40 min AZN vəsait yığılsa da, heç bir iş görülmür.

Hazırda sakinlərin ən qlobal problemi lift problemidir. Bu mənzildə yaşayan yaşlı və xəstə insanlar daha çox əziyyət çəkirlər.

Qeyd edək ki, şəhərcikdə işıqların və suyun tez-tez kəsilməsi, eləcə də digər məsələlərlə bağlı mütəmadi olaraq şikayətlər işıqlandırılsa da, problemlər öz həllini tapmır. Digər tərəfdən, şəhərcikdəki binaların hamısı qazla təmin edilməyib.

Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmayıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə Sonxeber.az