Saleh Məmmədov Əvəz Qocayevlə yollarını ayırır – ŞOK İDDİA

12:23 18-11-2021 360

Bir neçə gün əvvəl yerli KİV-lərdə belə bir məlumat yayıldı ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yaxın vaxtlarda yola salınacaq. Xəbərdə deyilirdi ki, onun yerinə namizəd də irəli sürülüb. Həmin şəxsin Kamil Əliyev adlı biri olduğu iddia edilir.

Onun hökumətin yeni komandasında yer alacaq gənc və bacarıqlı kadr olduğu haqda məlumatlar var. S. Məmmədovla yanaşı onun adamlarının da agentlikdəki işini itirəcəyi söylənilir. AAYDA-nın fəaliyyətinin şəffaflaşdırılması üçün kadr dəyişikliyinə gedildiyi bildirilir.

Son illərdə bu quruma ayrılan vəsaitlərin korrupsiyaya uğraması, rəhbər şəxslərin barəsində müxtəlif ittihamlar, bizneslərinin, mülklərinin siyahısının üzə çıxarılması belə əsas yaradıb ki, Agentlikdə də dəyişikliyin vaxtı çatıb.

Bununla bağlı bir başqa mənbələrin yaydığı xəbərdə iə deyilirdi ki, Saleh Məmmədovun mövqeləri kifayət qədər kövrəkdir və həqiqətən də onun gedişi planlaşdırılır: “Sadəcə olaraq, Saleh müəllimə Qarabağdakı dövlət planlarının icrası üçün müəyyən vaxt tanınıb”.

Mənbə bu arada maraqlı iddia da səsləndirmişdi. Qaynağa görə, Saleh Məmmədovun yerinəı hansısa gənc kadr deyil, onun elə öz yaxın adamı kimi qəbul etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayev gəlmək fikrindədir.

Mənbənin dia.az-a söyulədikləri: “Əvəz Qocayev çalışır ki, Saleh Məmmədovun yerinə təyinat alsın. Ona görə, hətta xeyli müddətdir KİV-də də öz yerini rahatlamaqla məşğuldur. Bütün bunlar isə diqqətdən yayınmayıb. Amma onun bu planı baş tutacaqmı? Bax bunu yaxın vaxtlarda görəcəyik…”

Dia-az daxil olan son informasiyalardan isə aydın olur ki, AAYDA-da durum kifayət qədər dəyişib və bu dəfə Əvəz Qocayevin Saleh Məmmədovu devirməsindən yox, sədrin öz müavini ilə yollarını ayırmasından söhbət gedir. Mətəbər mənbədən dia.az-a daxil olan informasiyada deyilir:

“Saleh Məmmədov “yuxarılar”da öz mövqelərini əməllicə möhkəmləndirib. Ona gör də onun “vurulacağı” haqda deyilənlər heç də həqiqətə uyğun deyil. Əksinə, Saleh Məmmədov onun arxasından iş çevirən müavini Əvəz Qocayevi zərərsizləşdirməyi qət edib. Bu durum üzdə görünməsə də, AAYDA şefi artıq Əvəz Qocayevlə yoollarını ayırmaq istəyində olduğunu “yuxarıların” da nəzərinə çatdırıb. Alınacaqmı? Bunu isə zaman göstərəcək”.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.

Mənbə dia.az