Maska qadağası yenidən gündəmə gəldi

16:19 18-11-2021 396

Proqnoz.com xəbər verir ki, polis əməkdaşları tərəfindən ictimai nəqliyyatda, xüsusi ilə avtobuslarda tibbi maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb.

Vətəndaşların diqqətinə çatdırılıb ki, ölkədə koronavirus xəstəlikləri ilə bağlı vəziyyət mürəkkəbləşib, sanitar-gigiyenik tələblərə əməl olunması daha da aktuallaşıb.

İctimai nəqliyyat vasitələrində və mağazalarda aparılan yoxlamalar zamanı pandemiya qaydalarına əməl etməyən xeyli şəxs aşkarlanıb. Pandemiya qaydalarına uyğun olaraq ictimai nəqliyyatda sərnişinlərin qoruyucu tibbi maskalardan istifadə etməsinə birbaşa nəzarət etməli olan sürücülərədə xəbərdarlıq edilib.

Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, bu obyektlərin girişində vətəndaşların 90 faizinə dezinfeksiyaedici vasitələr təklif olunmur, temperatur ölçən cihazlar yoxdur və ya işləmir.