AFFA rəsmisi “Real”ın oyununa təyinat aldı

16:31 18-11-2021 306

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik növbəti təyinat alıb.

Avstriyalı mütəxəssis UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Şerif” (Moldova) – “Real” (İspaniya) oyununun hakim-inspektoru olacaq.

 

Qeyd edək ki, bu matç noyabrın 25-də Tiraspol şəhərindəki “Şerif” stadionunda keçiriləcək.