Sahil Babayev koronavirusa yoluxub? – İDDİA

14:24 19-11-2021 279

Nazirlik xəbəri nə təsdiq, nə təkzib edir

Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) naziri Sahil Babayev koronavirusa yoluxub.
 
Hazırda nazirin vəziyyəti normaldır və o, müalicəsini ev şəraitində davam etdirir.
 
Bu səbəbdən də Sahil Babayev bir müddətdir ki, işə çıxmır. Verilən məlumata görə, dünən Milli Məclisin plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxışı gözlənilən naziri xəstəlik səbəbilə müavini Anar Kərimov əvəz edib.
 
Məsələ ilə bağlı ƏƏSMN-nin mətbuat katibi Fazil Talıblı ilə əlaqə saxladıq. O, nazir Sahil Babayevin koronavirusa yoluxması xəbərini nə təkzib, nə də təsdiq etdi. Əvəzində məsələ ilı bağlı rəsmi sorğu göndərməyimizi xahiş etdi. Nazirliyin rəsmi cavabını və Sahil Babayevin son vəziyyəti ilə bağlı xəbər gözləyirik.
 
Mənbə bizim.media