İcra başçısının məmur oğlu yarım milyonluq maşınına yeni nömrə aldı

14:26 19-11-2021 387

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğlu Elşən Babaşzadə 275 min dollar (450 manat) dəyərində olan avtomobilinin dövlət nömrə nişanını dəyişib.

Proqnoz.com Hit.az-a istinadən əldə etdiyi məlumata görə, “Mercedes Benz G-63 AMG” markalı maşının 10-LL-077 nömrə nişanını 77-LL-077 ilə əvəzləyib.

77-LL-077 Elşən Babaşzadənin öz adına qeydiyyata alınıb.

Xatırladaq ki, Elşən Babaşadə Dövlət Vergi orqanında müfəttişdir.