Şagirdləri zəhərləyən şəxslər yaxalandı

08:53 20-11-2021 261

Proqnoz.com xəbər verir ki,  Bakıda şagirdləri narkotik, siqaret və spirtli içkilərə vərdiş etdirən şəxslər saxlanılıb.
Hadisə Xəzər rayonunda yerləşən 322 saylı məktəbdə baş verib. Belə ki, sözügedən şəxslər məktəbin informatika müəllimi Tural Sofuyev tərəfindən aşkarlanıb. O, dərhal Xəzər Rayonu Buzovna qəsəbəsi 2 saylı polis bölməsinin əməkdaşlarına məlumat verib.
Onlar dərhal polis əməkdaşları tərəfindən saxlanılıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.