Azərbaycanda bu gün peyvənd olunanların sayı AÇIQLANDI

19:32 21-11-2021 198

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 256 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 509, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 325, buster doza üzrə vaksinasiya olunanların sayı isə 16 422 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 292 434, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 050 602, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 524 841, buster doza üzrə vaksinasiya olunanların sayı isə 716 991 təşkil edir.