«Xəzər adaları»nın sonu necə oldu?

19:41 21-11-2021 189
  Azərbaycanda insanların 80 faizi yoxsulluq həddində yaşasada, ağılasığmaz layihələrə həmişə pul tapılır. Məsələn, hacı İbrahim Nehrəmli kimi tanınan iş adamının yuxularının məhsulu olan «Xəzər adaları» layihəsi kimi. Bu layihə barədə, artıq heç kim danışmır. İbrahim Nehrəmli isə dənizə tökülən pulların hesabını «150 milyonu dövlətə bağışladım» deməklə ödəmiş oldu. Bu adaların inşasına nə qədər pulun xərcləndiyi, İbrahim Nehrəmlinin həmin pulları haradan, hansı yolla əldə etdiyini isə nə bilən oldu, nə də soruşan. Beləcə dövlətimizin sərvətlərindən əldə olunan pullar, İbrahim Nehrəmli, Rövnəq Abdullayev, və bu ranqdan olan digər məmur -sahibkarların yuxularının gerçəkləşməsinə xərclənir, sonra da pensiya və müavinatların artırlması üçün maliyyə vəsaitinin çatışmazlığından danışırlar. İbrahim Nehrəmli adaları borc əvəzinə banka verdiyini deyir. Heç bir səmərəsi olmayan bu adalar kimə və nəyə lazımdır?
Seyid