Pandemiya gələn il sona çatacaq

19:50 21-11-2021 288
Əsas faktor peyvəndlənmə və kollektiv immunitetin yaranmasıdır
 
Amerikalı milyarder, Microsoft şirkətinin yaradıcısı Bill Qeyts bu barədə proqnoz verib. O hesab edir ki, kütləvi peyvəndlənmənini nəticəsi olaraq, gələn ilin ortalarında bu virusdan xəstələnənlərin və ölənlərin sayı kəskin azalacaq və mövsümi qripdən fırqlənməyəcək. Qeyts həmçinin bildirib ki, dünyanın bütün regionlarına vaksinlərin çatdırılması işini düzgün qurnaq lazımdır ki, pandemiya yenidən baş qaldırmasın: «Nə qədər ki, dünyada bioterroçular mövcuddurlar, gələcəkdə yeni pandemiyaların olmayacağını demək çox çətindir. Bunun qarşısını almaq üçün vaksin istehsalını artırmaq və qiymətini aşağı salmaq imkanı verən texnologiyaların yaradılmasının maliyyələşdirilməsinə xüsüsi diqqət ayırmaq lazımdır». 
Yusif Seyid