İntihar edən qazinin atası: "Oğluma iş vermirdilər, hər yerə müraciət etmişdi"

12:26 22-11-2021 216
Xəbər verdiyimiz kimi, Ağdaş rayonunda Vətən müharibəsi qazisi Ülvi İsgəndərov intihar edib.

Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən  verilən məlumata görə, Quba rayonun Yuxarı Ləki kəndində Vətən müharibəsi iştirakçısı Ü.İsgəndərovun yaşadığı evdə intihar etməsi ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır.
Məsələ ilə bağlı Ülvi İsgəndərovun atası İsfəndiyar İsgəndərov ilə əlaqə saxlayıb. 
Qazinin intiharı ilə bağlı danışan atası onun işlə bağlı problemləri olduğunu bildirdi:
"Neçə müddətdir ki, işsiz idi. İş vermirdilər, müraciət etmədiyi yer qalmayıb. Kənd İcra Nümayəndəliyindən tutmuş hər yerə, müraciətimizə baxmadılar. Yəni iş problem var idi, sonda da belə oldu". 
Bununla bağlı Yuxarı Ləki kəndinin İcra Nümayəndəsi Müşviq Hüseynov ilə də əlaqə saxlayıb. O isə işlə bağlı hər hansı müraciətin olmadığını bildirdi:
"Hadisə baş verib, indi araşdırma aparılır. Bizə hər hansı müraciətləri olmayıb. Hansı səbəbdən intihar etdiyi haqda məlumatımız yoxdur. Araşdırılır”.
AZXEBER.COM