Nigeriyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsini prezidentə təqdim etdi

19:25 22-11-2021 306

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakubu Santuraki Suleymanın etimadnaməsini qəbul edib. 

Bu barədə AZƏRTAC məlumat yayıb.