Azərbaycan və İran prezidentləri Aşqabadda görüşə bilər – VİDEO

22:27 22-11-2021 396

“Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşü çərçivəsində görüşə bilər”. 

Bunu İran xarici işlər nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin İrana səfərinin mühüm əhəmiyyət kəsb etdiyini və konstruktiv keçdiyini vurğulayıb.

Qeyd edək ki, Ş.Mustafayev noyabrın 21-də İranda səfərdə olub və İran xarici işlər naziri Hüseyn Əmir Abullahianla görüşüb.