Azərbaycan Ordusunun Baş Qərargah rəisinə general-polkovnik rütbəsi verildi

18:47 23-11-2021 234

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev general-leytenant Kərim Tofiq oğlu Vəliyevə “general-polkovnik” ali hərbi rütbəsi verib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, K.Vəliyev müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisidir.