Azərbaycanın general və polkovnikləri...

13:39 24-11-2021 540

General-polkovnik Azərbaycanın güc strukturlarında ən yüksək rütbə sayılır.

Proqnoz.com xəbər verir ki, bu rütbəni ölkənin müdafiə, fövqəladə hallar, daxili işlər nazirləri, o cümlədən baş prokuror, xidmət rəisləri və başqaları daşıyır.

General-polkovnik rütbəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla təyin olunur.

Hazırda vəzifə başında olan general-polkovnik rütbəsini daşıyan şəxslərin siyahısı belədir:

 1 Zakir Həsənov - Müdafiə naziri

 2 Vilayət Eyvazov - Daxili işlər naziri

 3 Əli Nağıyev – Dövlət Təhlükəsizlik Xidmətinin rəisi

 4 Bəylər Əyyubov - Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi

 5 Ramil Usubov - Prezident yanında Təhlükəsizlik Şurasının katibi

 6 Kərim Vəliyev – Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini

 7 Kərəm Mustafayev – Əlahiddə Ümumqoşun Ordu komandanı

 8 Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi

 9 Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri

 10 Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri

 11 Mədət Quliyev - Müdafiə sənayesi naziri

 12 Orxan Sultanov – Xarici Kəşfiyyat Xidmətinin rəisi

 13 Məhərrəm Əliyev – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri

 14 Arzu Rəhimov – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi

 15 Səfər Mehdiyev - Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycanda müxtəlif illərdə vəzifədən kənarlaşdırılan general-polkovniklər isə bunlardır:

 • Səfər Əbiyev - Eks-müdafiə naziri

 • Nəcməddin Sadıqov – Müdafiə nazirinin sabiq 1-ci müavini, Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi

 • Eldar Mahmudov - sabiq milli təhlükəsizlik naziri

 • Vaqif Axundov – Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi

 • Zakir Qaralov - Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri

 • Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri

 • Fazil Məmmədov - I dərəcəli dövlət vergi xidməti müşaviri

 • Namiq Abbasov - Sabiq milli təhlükəsizlik naziri (1995-2004)

 • Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)