Mən də, deputat işləmək istəyirəm

17:40 24-11-2021 333
Proqnoz.com xəbər verir ki, parlamentdə büdcə müzakirəsi zamanı, daha çox mübahisələrə səbəb olan məsələlərdən biri də, pensiya yaşının aşağı salınması olub. Buna baxmayaraq, məsələ öz müsbət həllini tapmayıb. Çünki hələ deputat işləməkdən bezməyən bəziləri parlamentdəki kreslolarını yaşa görə itirmək istəmədiklərindən, yaş həddinin aşağı salınmasına etiraz ediblər. Məsələn, 20-25 ildir deputat işləyən həkim-pediator Məlahət İbrahimqızı bildirib ki, 63 yaşım var, amma işləmək istəyirəm.  Amma maraqlıdır, Mehriban xanım bu yaşında minimum əmək haqqına uşaq həkimi, yaxud 300-400 manata gecə səhərə kimi təndir yanında çörək bişirsəydi, restoranda aşbaz, qabyuyan işləsəydi, nəşriyyatda gecə növbəsində qəzet çeşidləsəydi, yenə də 63 yaşına rəğmən işləmək istədiyini dilinə gətirərdimi? İnanmıram! Çünki mənim 67 yaşım var, deputat işləsəydim heç 100 yaşımda da pensiyaya şıxmaq istəmızdim. Amma bu gün, bu yaşımda bizim həşəmətli deputatlarımızın qəbul etdikləri sosialyönümlü qanunlar üzündən sutkanın 20 saatını işləmək məcburiyyətindəyəm ki, ailəm ac qalmasın.
Yaşadığım 67 llin 50 ilini fasiləsiz işlədiyim halda, cəmi 400 manat pensiya alıramsa, deməli mənin dincəlmək, istirahət etmək hüququm yoxdur?  Mən də, deputat işləmək istəyirəm. Mehriban xanım ayda 5 min manata, həftədə iki gün işləməkdən yorulmayıbsa, yuxarıda sadaladığım işlərdə işləyən insanlar yorulublar, Məlhət xanım, Allah sizə insaf versin!
Yusif Seyid