Deputat Paşinyana səslənib: “Nikol,  məndən yox, xalqın başına gətirdiyin bəlalardan qorx!”

17:45 24-11-2021 306

Proqnoz.com xəbər verir ki,deputat Artur Vanetsyan Nikol Paşinyana səslənib: “Bu gün Apple-dan ictimaiyyətə açıqlamaq qərarına gəldyim məktub aldım.  Məktub hazırkı hakimiyyət orqanlarının şəxsi həyat hüququmu pozaraq, uzun müddət telefon danışıqlarını dinləməsi barədə əvvəlki ifadələrimi təsdiqləyir.
Məndə faktiki məlumatlar var ki, “Pegasus” proqramı vasitəsilə təkcə mənim deyil, yaxın ətrafımdakıların və ailə üzvlərimin telefonlarına hücum edilib.
Mənə və digər vətəndaşlara qarşı həyata keçirilən qanunsuz hərəkətlərlə bağlı ombudsman Arman Tatoyanın diqqətini cəlb etmək istərdim.
P.S. Nikol, məndən qorxma, erməni xalqının başına gətirdiyin bəlaların nəticələrindən qorx”.