Azərbaycanda axtarışda olan şəxslər İranda konfransda

13:06 25-11-2021 414

“Azad İran” “Telegram” kanalının xəbərinə görə, İranın paytaxtı Tehranda keçirilən konfransda “Hüseyniyyun” (Hüseynçilər) terror təşkilatının axtarışda olan və Azərbaycanda onlara cinayət işi açılmış üzvləri – Orxan Məmmədov, Tohid İbrahimbəyli, İsgəndər Hüseynzadə və Rövşən Əsədov fəxri qonaq kimi iştirak ediblər.

 Kimdir bu Tohid İbrahimbəyli? 

 İlk olaraq 2018-ci ildə Gəncədə törədilən terror aktının təşkilatçısı və hazırda İranın Qum şəhərində gizlənmiş Tohid İbrahimbəyli sosial şəbəkələrdə rus, erməni mediasının yalanlarını təkrar edərək, Azərbaycanla Türkiyə əleyhinə hədyanlar səsləndirdi. Ardınca isə İranyönümlü bəzi facebook səhifələri guya Azərbaycana Suriyadan silahlıların gətirilməsi haqda yalanları tirajladılar.

2018-ci ildə Gəncə olayları zamanı Tohid İbrahimbəyli haqda Azərbaycan mediasında dərc olunmuş yazılara diqqət yetirəkən məlum olur ki,  bu adam 2015-2016-cı illərdə Qum və Məşhəd şəhərlərindəki mədrəsələrdə oxuyan 14 azərbaycanlı gənci başına yığaraq terror təşkilatı qurub.

Muslih TV - Gəncə təxribatçılarından biri trol Orxan... | Facebook

Tohid İbrahimbəyli SEPAH-ın öldürülmüş komandiri Qasım Süleymani ilə

T. İbrahimbəyli həmin 14 tələbəni əvvəlcə Qum şəhərində  İsgəndər Hüseynovun iş yerində (“Nur” Tərcümə Müəssisəsi) toplayıb, 1 gün gözlədikdən və təlimatlandırdıqdan sonra İranın siyasi maraqları uğrunda vuruşmaq üçün Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığında yerləşən hərbi hissəyə aparıb. Dəməşq şəhərində olarkən T. İbrahimbəyli onları təkcə Suriyada deyil, Azərbaycanda silahlı münaqişəyə hazırlamaq niyyətində olduqlarını bildirib. 25 günlük təlimdən sonra onlar 4-5 nəfərlik qruplara ayrılıb, T. İbrahimbəyli bu qruplardan biri ilə Suriyanın Tedemor şəhərinə gedib. Həmin şəhərdə 20 gün qaldıqdan sonra T. İbrahimbəlyinin olduğu qrup Məşhəd şəhərinə qayıdıb. Bir müddətdən sonra T. İbrahimbəylinin təklifi ilə hərbi təlim keçmək üçün həmin qrup yenidən Suriyaya gedib. Həmin tələbələrdən biri olan Elmir Zahidov 10 gündən sonra hərbi təlimdən imtina edərək Məşhəd şəhərinə geri qayıdıb. E. Zahidov həmin təlimdən imtina etdiyinə görə təhsil aldığı Xoi mədrəsəsinin rəhbərliyi tərəfindən sıxışdırılıb və T. İbrahimbəyli tərəfindən təhqir edilib. E. Zahidov 2018-ci ilin iyun ayında təhsilini yarımçıq qoyaraq Azərbaycana qayıdıb. Digər tələbələr isə Suriyada hərbi təlimdə iştirak ediblər.

Sonrakı dövrlərdə T. İbrahimbəyli mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə xain çağırışlar edib. 

Qayıdaq erməni və rus mediasının “Suriyadan silahlılar gətirilib” yalanının Tohid İbrahimli və digər satqınlar tərəfindən tirajlanmasına. Tohid İbrahimlinin yaydığı öz çıxışa oxşar sayıqlanmasından açıq aydın görünür ki, adam 1845-ci ildə Ernst Von Fektersleben tərəfindən dəlilik və maniya sözlərinə alternativ olaraq istifadə edilən psixozdan əziyyət çəkir. Rabitəsiz, ağzı köpüklənə-köpüklənə bağıran bu adam xəyali Sasani imperializminin bərpasını istəyən psixopatların onun qulağına üfürdüklərini söyləyir. Ona öyrədilən “düşmən hədəflər” də bəllidir. Azərbaycanı və ölkə rəhbərliyini, Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğanı, keçmiş Osmanlı dövlətini ittiham edir. Ermənilərin səflərinə qoşularaq Azərbaycanı “terrorçu ixracında” suçlayır. PKK terrorçularının Qarabağa gətirilməsi haqda isə bir kəlmə də danışmır. Həddini aşaraq və xüsusi həyasızlıqla Qarabağda müharibə başlayacağı təqdirdə, tərəfdarlarını ermənilərə qarşı savaşa getməməyə çağırır. Bu zavallıya görə, Qarabağda müharibə əmrini Azərbaycanın Ali Baş Komandanı deyil, İrandakı hansısa molla verməli imiş.

Tohid İbrahimbəylinin ardınca, İranda yaşayan Orxan Məmmədov adlı daha bir xain eyni firləri söyləyib. Lakin sevindirici haldır ki, dəyərli həmvətənlərimiz sosial mediada bu vətəni olmayan zavallıların layiqli cavablarını veriblər. 

Tohid İbrahimbəyli və Orxan Məmmədov

Bütün bunlardan sonra, dəyərli oxucumuz desin. Öz ölkəsinə qarşı düşmənlə eyni səngərdən çıxış edən, dövlətini suçlayan bu vətənsizlərə vətən xaini deməyək, nə deyək?