Bakıda qaydaları pozan “Pure Boutique Hotel” hotelinin icarədarı SAXLANILDI

18:50 25-11-2021 342

Hoteldə karantin rejimi qaydalarının pozulduğu və müştərilərə qəlyan təklif edildiyi aşkar olunub. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də bəzi ictimai-iaşə obyektlərində müştərilərə qəlyan təklif edilməsi hallarına rast gəlinir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Pure Boutique Hotel” hotelində karantin rejimi qaydalarının pozularaq qəlyan məmulatlarından istifadə edilməklə müştərilərə xidmət göstərilməsi müəyyən olunub.

Otelin icarədarı Y.Tapdıqzadə və üç işçi saxlanılaraq müvafiq tədbirlərin görülməsi üçün Nərimanov Rayon Polis İdarəsinə təhvil verilib.

Proqnoz.com