Jurnalistlər binasında qəza

10:55 26-11-2021 297

Proqnoz.com-xəbər verir ki, dünən gecə əsən külək jurnalistlər binasının hansısa pəncərəsini qoparaq "A" girişinin qarşısında dayanan "Hyundai" markalı avtomobilin üzərinə çırpıb. Nəticədə avtomobilin tavan şüşəsi qırılaraq maşının salonuna dağılıb və avtomobilin tavanı cızılaraq korlanıb.

Hazırda binanın cəfdəsi və həncaması sıradan çıxan onlarla ümumi qapı və pəncərəsi var. Yəqin ki, onlar da nə vaxtsa küləyin gücündən qoparaq kimin və ya nəyinsə üstünə çırpılaraq ziyan vuracaq.

Binanı idarə edən "Jurnalistlər Evi" MMC isə bütün bunlara biganə yanaşır.
A.Nəsirli