Mehriban Qaralovanın əməllərinə niyə göz yumulur?

12:05 26-11-2021 495

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli, Abşeron rayon mərkəzi xəstəxanasının baş həkimi Mehriban Qaralova haqqında sərt tənqidi video çıxış edib.

O, çıxışında, Mehriban Qaralovanın bir müddət əvvəl, şəhidlərimizin anım mərasimində qırmızı geyimdə iştirak etməsinə sərt münasibət bildirib.

Samir Adıgözəlli bu hərəkətin milli mentalitetimizə yaraşmadığını, milli hessiyatımıza toxunduğunu, xalqın ciddi narazılıqlarına səbəb olduğunu bildirərək baş həkim Mehriban Qaralovanı qınayıb.

Eyni zamanda İSBAM sədri video çıxışında Abşeron rayon mərkəzi xəstəxanasında baş verən neqativ hallarla bağlı və M. Qaralovanın vəzifəsindən sui istifadə edərək yol verdiyi qanunsuzluqlar barədə çıxışında bildirib.

Sözü gedən video çıxışı sizlərə təqdim edirik. 

 

https://youtu.be/5HEGeDUzeqk

 

Paralel.az