İran səfiri prezidenti təbrik etdi

14:07 24-12-2021 765

Proqnoz.com xəbər verir ki, İranının Azərbaycandakı Səfirliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Səfirliyin Twitter hesabında qeyd edilir ki, dost, qardaş və qonşu ölkə olan Azərbaycanın möhtərəm Prezidenti Zati-aliləri cənab İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, onun rəhbərliyi altında Azərbaycan xalqına isə rifah və səadət arzulayır!